Rəsmi olaraq İsveçrə Konfederasiyası adı ilə tanınan bu bitərəf ölkə Avropanın mərkəzində yerləşir – bir üzük qaşı kimi. Şimaldan Almaniya, qərbdən Fransa, cənubdan İtaliya, şərqdən isə Avstriya və cırtdan ölkə Lixteynşteynlə hasarlanıb.
Coğrafi quruluşu ölkənin etnik tərkibinə də təsir edib. Almaniya və Avstriya ilə sərhəd bölgələrin əhalisi alman dillində (73,2 faiz), Fransa sərhədindəkilər fransızca (23,1 faiz), cənub bölgəsinin əhalisi isə italiyanca danışır. Ölkənin bu üç rəsmi dilindən başqa, dördüncü rəsmi dili Roman dilidir. Cənub və cənub şərqində kompakt olmasa da romandilli etnik qruplar yaşayır.
Mərkəzi Bern şəhəri olmaqla bu ölkə 26 kantondan (federal torpaq) təşkil olunub. Dövlətin təməli olan konfederasiya XIII əsrin sonlarından etibarən qurulub və bir dövlət olaraq İsveçrə 1848-ci ildə qəbul edilən “İsveçrə Federal Konstitusiyası”ndan bəri nəfəs almaqdadır.
Ərazi baxımından Azərbaycandan iki dəfə kiçik olan bu ölkənin böyük hissəsi Alp dağlarının nəzarəti altındadır. Bu dağlar ərazinin yaşamaq üçün əlverişsiz etsə də, təbiəti və əlverişli qış turizmi ilə burda yaşaya bilməyən insanlar üçün iş yeri imkanı yaradır. Yəni “vəhşi” adlandırdığımız təbiət bir yerdən aldığı halda, digər yerdən nəsə verir.
Ərazisinin belə dağlıq olması ucbatından 30 faizi xaricilərdən ibarət ölkə əhalisi əsasən böyük şəhərlərdə yaşayırlar. Bu şəhərlər içində iki dünya səviyyəsində əhəmiyyətli şəhər və iqtisadi mərkəz – Sürix və Cenevrə də var. Bu şəhərlər əlverişli insan həyatı üçün dünya sıralamasında 2-ci (Sürix) və 8-ci (Cenevrə) yerdədirlər.
İsveçrə Konfederasiyası dünyada “bitərəf” ölkə kimi tanınmaqdadır. Bu ölkə 1815-ci ildən özünü bitərəf ölkə kimi qələmə verib və müharibələrdə aktiv tərəf kimi iştirak etməyib. Buna I və II dünya müharibələri də aiddir.
2002-ci ildə BMT-yə üzv olan bu ölkə, həmçinin Avropa Şengen bölgəsinin bir üzvüdür, baxmayaraq ki, Avropa Birliyinə qoşulmağa o qədər də maraqlı deyil. Bundan başqa, İsveçrə ümümdünya “Qızıl Xaç” təşkilatının da yarandığı ölkədir. Həmçinin bura dünya səviyyəli təşkilatlara – FİFA, UEFA, “Qızıl Xaç” və s. ev sahibliyi edir.
Belə təşkilatlardan biri foto həvəskarlarının yaxından tanıdığı fransız fotoqraf ” seriyasından adını eşitdiyimiz “Beynəlxalq Xristian Həmrəyliyi” təşkilatıdır. Bu təşkilat vətəndaş müharibəsi zamanı Sudanın müsəlman əhalisi tərəfindən ölkənin cənubunda yaşayan və təkallahlılığa deyil, öz qəbilələrinin inandığı dinə tapınan Dinka qəbiləsinin uşaqlarının oğurlanıb satılması zamanı ciddi fəaliyyət göstərib. Fotoqraf Jan Markın təsvir etdiyi fotolarda quldar bu təşkilat nümayəndəsindən hər qul müqabilində 100 dollar alır və qulları azad edir.
- İsveçrənin prezidenti və paytaxtı yoxdur, amma ölkədə 4 rəsmi dil var. Vətəndaşlar parlamentin qəbul etdiyi hər hansı bir qanunu ləğv etmək hüququna malik deyillər.
- İsveçrədə 8 milyondan bir az çox insan yaşayır. Bununla yanaşı onların əlində 3 milyon ədəddən çox odlu silah var. Ölkənin sakinləri orduda xidmətdən sonra ehtiyyata silahla qayıdırlar. Daha sonra onları dəfələrlə hərbi yığıncaqlara cağırırlar. Hər bir kişidə silahın olmasına baxmayaraq, onunla cinayətlər çox nadir hallarda baş verir.
- Yüksək sürətə görə yol hərəkət qaydalarını pozan sürücünün gəlirindən aslı olaraq ona cərimənin məbləği təyin edilir. Buna görə də imkanlı şəxslər üçün bu cərimə yüz min isveçrə frankına qədər arta bilər.
- Bu günə qədər bir isveçrə bankında Vladimir Ulyanov adına hesab var. 2006-cı ildə bankın əməkdaşı tərəfindən tələb edilməmiş məbləğlərin siyahıya alınması aparılıb. Məlum oldu ki, dünya inqilabının liderinin burada hələ də 13 isveçrə frankı saxlanılır.
- Cenevrədə hökümət binasının qarşısındakı şabalıd ağacının ilk yarpağı açan kimi yazın gəlişi barədə hökm verilir. Bu ənənəyə 200 ildən artıqdır ki, riayyət olunur.
- "Qapıçı" və "isveçrəli" sözləri arasında hər hansı əlaqə varmı? Məlum olur ki, birbaşa əlaqə var. Hələ Orta əsrlər vaxtından nüfuzlu insanlar öz ətraflarında cəsurluqları ilə bütün Avropada məhşurlaşan iveçrəli döyüşçüləri yığırdılar. Çox güman ki, restoranlarda, otellərdə və digər müəssisələrdə sakitçilik yaradan insanları zarafatça belə adlandırırmışlar. Rusiyada uzun müddət İsveçrə əhalisini qapıçı adlandırırdılar. Lakin 20-ci əsrin əvvəllərində mühafizəçi ilə səhv salmamaq üçün onları isveçrəlilər adlandırmağa qərar verdilər.
- İsveçrəli uşaqlar artıq 4 yaşlarından məktəbə getməyə başlayırlar. Ölkənin bütün məktəbliləri üçün həftədə 3 dəfə istirahət günü təyin edilib - çərşənbə, şənbə və bazar.
- 1451-ci ildə İsveçrədə zəlilərə qarşı məhkəmə keçirilmışdir. Lozannanın yepiskopu bildirmişdi ki, yerli gölməçələrdə onlardan həddindən artıq çoxdur və zəliləri təmiz suyun çirklənməsində günahlandırırdı. Zəlilərə yerli məhkəməyə gəlmələri üçün çağırış göndərildi. İcra məmurları gölə gedib bir neçə "cinayətkarı" tutmalı idilər. Onları məhkəmə zalına çatdırıb cəzanı oxudular: yaxın üç gün ərzində gölü tərk edin. Bu hökm icra olundu, ya yox, məlum deyil.
- Kiçik Çermant şəhərciyi ən ekoloji təmiz şəhərlərdən biri sayılır. İş ondadır ki, Çermantda havanı çirkləndirən bütün nəqliyyat növü qadağandır. Şəhərdə yalnız elektromobillə və karteglə hərəkət etmək olar.
-İsveçrədə böyük sayda ağ göbələk yetişir. Amma yerli sakinlər onların zəhərli olduğunu düşünərək yığmırlar və yeməkdə də istifadə etmirlər.
- 25 dekabr 1977-ci ildə İsveçrənin Veve şəhərində məşhur aktyor Çarli Çaplin vəfat edib. O yerli qəbristanlıqların birində dəfn edilmişdi, amma bir neçə il sonra onun tabutu cəsədi ilə birlikdə oğurlanmışdı. Məlum olub ki, oğrular dünya kinosunun ulduzunun qohumlarından böyük fidya almaq niyyətində olublar. Oğruları həbs etdilər, Çaplini isə 1 metr 80 santimetr qalınlğı olan beton altında basdırdılar ki, gələcəkdə də eyni vəziyyət baş verməsin.
- 2017-də İsveçrə rüşvətlə fəal mübarizə aparan ölkələrin reytinqlərində 3-cu sırada yer alıb. Maraqlı olan şey isə İsveçrənin müəyyən bir xidmət üçün edilən ödəməni, yəni rüşvət verməyi "qanuni" hesab etməyə qərar verməsidir. Rüşvətlə mübarizədə bunun daha təsirli olacağını düşünürlər.
- İsveçrədə sürət həddini aşdığınız üçün dünyanın ən böyük pulunu ödəmək məcburiyyətində qala bilərsiniz. Yerli bir avtomobil sürücüsü saatda 180 mil sürətlə getdiyi üçün 650 min avro pul cəzası aldı. Məsələ ondan ibarətdir ki, bu ölkədəki pul cəzaları sabit deyil və qazandığınız pul miqdarına bağlıdır. Nə qədər çox əldə etsəniz, o qədər çox ödəyərsiniz. İsveçrədə ədalət belə təmin olunur.
- Berndə hər il 7 milyondan artıq çox yaxşı bir markanın şokoladları istehsal olunur. Və uzun zaman əvvəl yeni bir növ şokolad icad edilib: Ruby şokolad! İsveçrəli Valcambi şirkəti, Combibar adı verilən və şokolad kimi formalaşdırılmış qızıl çubuqlar istehsal edir. Bu çubuqları 1 qram ağırlığında kiçik parçalara ayıra və bunları ödəniş etmək üçün istifadə edə bilərlər.
- İsveçrə cib bıçağı 19-cu əsrin sonlarında ortaya çıxdı, amma əslində daha da qədim bir prototipə malikdir. Kembric muzeylərindən birində Antik Romada yaradılmış universal bir vasitə mövcuddur və İsveçrə bıçağına oxşar şəkildə bir qaşıq, bir çəngəl, bir bıçaq, bir diş çöpü, bir spatula və (ən qəribə olan şey) bir krevet qabığından əti çıxarmaq üçün xüsusi aparat ehtiva edir. İsveçrə cib bıçağının İsveçrədə istehsal edilməyən yeganə hissəsi tirbuşondur və o da Yapon istehsalıdır.
- İsveçrəli Şaxta Babanın adı "Samichlaus"dur. 6 dekabrda böyük bir torba şəkər, fıstıq əzməsi və portağal ilə uşaqları ziyarət edir. Ancaq tək deyil, özünü qara geyimləri və qaranlıq bir üzü olan qorxuducu görünüşlü bir adam müşayiət edir. Bu adamın adı "Palçıqlı" olaraq tərcümə edilən "Schmutzli"dir və onun işi dəcəl uşaqlara dəyənəklə vurmaqdır. Ancaq gələn il daha yaxşı olmaq sözü verən uşaqlar cəzadan xilas olurlar.
- Əkiz qardaşlar Frank və Patric Riklin, İsveçrə Alplarında "Null Stern" adlı bir açıq hava oteli açıblar. Divarları və tavanı olmayan bir "otaq"da bir gecənin qiyməti 300 dollardır. Otel, dəniz səviyyəsindən təxminən 4 min metr məsafədədir. Otaqda iki nəfərlik yataq xaric, komod və bir TV var.