SEPAH-ın Naxçıvanla sərhəddə yığdığı silah-sursat və canlı qüvvənin yerləri müəyyən edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, İran ordusunun Qərbi Azərbaycan əyalətinin Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərinə yığdığı silah-sursat və əsgərlərin məkanından yeni görüntülər əldə edilib.
Kanal “SEPAHCYBERY”yə istinadla SEPAH rəhbərliyinin Naxçıvanla dövlət sərhədi yaxınlığında hərbi təlimlər keçirməyə hazırlaşdığını vurğulayıb.