Infoteka.az
Siyasət

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla regionda son vəziyyəti müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Şarl Mişel "Twitter" hesabında bildirib.

"Biz regionda son vəziyyəti müzakirə etdik. Aİ-nin bu ölkələr (Azərbaycan və Ermənistan - red.) arasında normallaşma prosesini, regionda sülh və sabitliyin inkişafına kömək etməyə hazır olduğunu vurğuladım", - Şarl Mişel qeyd edib.

Infoteka.az