Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdıracaqlarını söyləyib.
"Rusiya öz nüvə silahlarını Belarusa ötürmür, ABŞ-ın onilliklər ərzində etdiklərini edir", deyə Rusiya prezidenti vurğulayıb.
V.Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş edib.
V.Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib.