Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçiriləcək.
Azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılacaq. Görüş saat 20:00-da başlayacaq. Oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olacaq. Bu, iki komanda arasında tarixdə ilk oyun olacaq.
Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir.
26 mart
Xeyriyyə (qardaşlıq) oyunu
20:00. "Qarabağ" - "Qalatasaray"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.