Infoteka.az
Hadisə

Ukraynadan Moskvanın 200 kilometrliyinə PUA hücumu

Martın 26-da Rusiyanın Tula vilayətinin Kireyevsk şəhərində partlayış baş verib.

Məlumata görə, partlayışa səbəb Ukrayna Silahlı Qüvvələrinə məxsus “Tu-141 Strij” pilotsuz uçuş aparatı olub. Dron partlayıcı ilə təchiz edilib.

Partlayış nəticəsində 2004 və 2006-cı il təvəllüdlü gənclər və daha bir nəfər qəlpə yaraları alıblar. Həmçinin, üç çoxmənzilli yaşayış binası və dörd yardımçı tikilidə dağıntılar qeydə alınıb.

Infoteka.az