Infoteka.az
İdman

İbrahimoviç Azərbaycan millisinə qarşı oynayacaq?

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı oynayıb-oynamayacağı hələ müəyyənləşməyib.

41 yaşlı forvard komandanın son məşqini buraxıb. İsveç millisinin baş məşqçisi Yanne Andersson onun meydana çıxıb-çıxmayacağının sual altında olduğunu deyib. Əvəzində komandanın yarımmüdafiəçisi Albin Ekdal sıraya dönüb. Ancaq onun da meydana çıxacağı hələ dəqiq deyil.

Bu gün “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Infoteka.az