Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinlərin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qəsəbə sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Yeni Suraxanı qəsəbəsində keçirilmiş görüşdə Əziz Əzizov qəsəbə sakinləri qarşısında çıxış edib, onları narahat edən məsələlərdən danışıb, müraciət və təkliflərini dinləyib. Rayon icra hakimiyyəti başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.



