Infoteka.az
Dünya

Pikassonun rəsm əsəri hərraca çıxarılıb

“Christie’s” hərrac evində bu yaz keçiriləcək satışlarda ən yaxşı lot Pablo Pikassonun “Başında dəfnə çələngi olan kişi” əsəri olacaq.

1969-cu ildə yaradılmış bu əsərin hərracda ilkin dəyəri 9-12 milyon dollar həddində müəyyən edilib.

Qeyd edək ki, rəssam, qrafik, heykəltaraş və dizayner Pablo Pikasso özünün qeyri-adi əsərləri ilə əvvəlcə tamaşaçıları heyrətləndirib, daha sonra XX əsrin bütün rəssamlıq dünyasına öz böyük təsirini göstərib. O, insanı bir araya yerləşdirilmiş müstəvidən təsvir edərək, kubizmin banisinə çevrilib.

Pablo Pikasso metal, daş, gips, kömür, qələm və ya yağlı boya kimi qeyri-adi materialları kətan üzərində bacarıqla uyğunlaşdırırdı. Möhtəşəm rəssamın yaradıcılığına heç nə mane ola bilmirdi. Yəqin ki, məhz bu səbəbdən Pikassonun əsərləri öz emosionallığı və cəsarətliliyi ilə heyrətləndirir.

Infoteka.az