Honq Konqda “Christie's” onlayn hərracında qol saatı rekord qiymətə - 5,8 milyon dollara satılıb.
Nadir “Patek Philippe” saatının alıcısı anonim qalmaq üçün əlindən gələni edib.
Saat mexanizmi dünyanın ən mürəkkəblərindən biri hesab olunur.
Xüsusilə, 6002G modelində 18 karatlıq ağ qızıldan qutu və şamplev və kloisonn emaye ilə bəzədilmiş mavi siferblat var.
Bundan əlavə, saatda dəqiqə təkrarlayıcısı, əbədi təqvim, ulduzlu səmanın və ayın fazalarının xəritəsi var.
Mütəxəssislər saatı əsl sənət əsəri adlandırıblar.