Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə yeni reyslər açır.
Bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilir ki, Novosibirskdən Bakıya uçuşlar həftədə iki dəfə - çərşənbə və cümə günləri, əks istiqamətdə isə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
Qeyd edək ki, Novosibirsk-Bakı marşrutu ilə ilk reys martın 31-nə planlaşdırılıb. Təyyarə Novosibirskdən saat 14:35-da yola düşəcək, Bakıya isə saat 16:15-də çatacaq. Uçuş müddəti 4 saat 40 dəqiqədir. Qayıdış reysi saat 01:35-də olacaq, təyyarə Novosibirskdə saat 08:40-da enəcək, uçuş müddəti 4 saat 05 dəqiqə olacaq.
Bundan əlavə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İrAero”ya Omskdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib. Aviaşirkət həftədə üç dəfə Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyi planlaşdırır.