Avstriya Hava Yolları (Austrian Airlines) bu gün 100-dən çox reysi ləğv edib.
Bu barədə bildiriş aviaşirkətin rəsmi saytında yerləşdirilib.
Qeyd olunub ki, reyslərin ləğv olunmasına səbəb əməkdaşların tətil elan etməsi olub.
Həmçinin o da əlavə olunub ki, aviaşirkət öz işçilərinə əmək haqlarının 12,3 faiz artırılmasını təklif edib.
Aksiya iştirakçıları isə bildiriblər ki, bu təklif yalnız müəyyən kateqoriyalı işçilərə aiddir, qalanları isə cəmi 10 faiz maaş artımına ümid edə bilər.