"Togg T10X" modelinin ilkin sifariş prosesi başa çatıb. Elektrikli yolsuzluq avtomobili üçün cəmi 177 467 nəfər əvvəlcədən sifariş verib. Bu gün püşkatma keçiriləcək. "Togg" son yazısında vətəndaşların "T10X"ə olan marağına təşəkkür etsə də, lotereya bu gün "Youtube" kanalında yayımlanacaq (youtube.com/@Togg).
"Togg" ilk etapda lotereya ilə 12 min avtomobil təslim etməyi planlaşdırsa da, böyük maraq səbəbiylə bu rəqəm 20 minə yüksəldilib. Şirkət lotereya üçün 20 min nəfər, eləcə də 20 min istifadəçidən ibarət ehtiyat siyahı yaradacaq.
2023-cü il üçün nəzərdə tutulan çatdırılmalarda ləğv olunduğu halda, ehtiyat siyahıda olan istifadəçilər aktivləşdiriləcək. Ancaq 2023-cü il tədarükü üçün ehtiyat siyahıdan əsas siyahıya keçə bilməyənlər, 2024-cü ilin yanvar ayından etibarən təyin olunacaq yeni paket və konfiqurasiya variantları ilə "T10X" sifariş verə biləcəklər.
Bu sifarişi verənlər 2024-cü ilin iyun ayına qədər heç bir tirajda iştirak etmədən smart cihazlarını ala biləcəklər. Əsas və ehtiyat siyahıda olmayan istifadəçilərin əvvəlcədən ödəmələri onların hesablarına qaytarılacaq.