Infoteka.az
İdman

“Olimpiakos” üzərində qələbə və Veşoviçin qolu “Qarabağ” üçün əlamətdar olub

Avropa Liqasının qrup mərhələsinin III turunda Yunanıstanda “Olimpiakos”la qarşılaşan “Qarabağ” yubiley qələbəsini qazanıb.

İnfoteka.az-ın məlumatına görə, bu, Ağdam klubunun avrokuboklarda 25-ci səfər nailiyyəti olub.

Qitəmiqyaslı turnirlərdə 1996-cı ildən çıxış edən “Qarabağ” 26 ildə 76 səfər oyunu keçirib.

25 qələbə və 17 heç-heçəsi olan “köhlən atlar” 34 dəfə məğlub olub.

Rəqib qapılarından 76 top keçirən “Qarabağ” 111 qol buraxıb. Yunanıstanda təmsilçimizin ikinci qolunu vuran Marko Veşoviç təmsilçimizin 75-ci səfər qolunun müəllifi olaraq klubun tarixinə düşüb.

Qeyd edək ki, ötən gün baş tutan “Olimpiakos” – “Qarabağ” görüşü təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Infoteka.az