Infoteka.az
Dünya

Putinin Türkiyədə "Akkuyu" AES-in açılışında iştirakının formatı dəqiqləşməyib

Rusiya Prezidenti Vladimir Putinin Türkiyənin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) nüvə yanacağı ilə doldurulması mərasimində hansı formatda iştirak edəcəyi müəyyənləşməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin aprelin 27-də "Akkuyu" AES-də nüvə yanacağının doldurulması mərasimində iştirakının formatı ilə bağlı dəqiq qərarın hələ qəbul edilmədiyini söyləyib.

Kremlin sözçüsünün sözlərinə görə, aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının doldurulması mərasimində Rusiya tərəfi layiqincə təmsil olunacaq:

"Akkuyu" AES Rusiya-Türkiyə münasibətləri və xüsusilə Türkiyənin enerji sektoru üçün çox mühüm layihədir", - Peskov əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində rusyalı həmkarının 27 apreldə "Akkuyu" Atom Elektrik Stansiyasının açılışında iştirak etmək ehtimalının olduğunu söyləyib.

Infoteka.az