“ABŞ üç il ərzində dünyada demokratiyanı dəstəkləmək üçün 9,5 milyard dollar ayıracaq”.
Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat verib.
“2022, 2023 və 2024-cü maliyyə illəri üzrə ABŞ artıq sərmayə yatırıb və hazırda da Konqreslə əməkdaşlıq edərək bütün dünyada demokratiyanı, insan haqlarını və daha yaxşı idarəçiliyi dəstəkləmək üçün təxminən 9,5 milyard dollar sərmayə qoymaq üzrədir”, - deyə Ağ Evin bəyanatında bildirilib.