Amerikanın ''Microsoft'' şirkəti ''Word'', ''Excel'' və ''Outlook'' daxil olmaqla ''Office'' proqramlarına süni intellekt əlavə edəcəyini açıqladı.
Şirkətdən verilən bəyanatda bildirilib ki, "Copilot" adlı yeni funksiya uzun e-poçtlarının məzmununu qeyd etməyə, ''Word''da hekayələr hazırlamağa və ''PowerPoint''də slaydları canlandırmağa imkan verəcək.
Bəyanatda şirkətin son vaxtlar məşhur olan süni intellektli söhbət robotu ChatGPT-yə bənzəyən "Business Chat" adlı söhbət funksiyasını tətbiqlərinə əlavə edəcəyi və ''Copilot''un e-ticarət məlumatlarını ümumiləşdirmək kimi əməliyyatları yerinə yetirə biləcəyi ifadə edildi.
''Microsoft 365''in baş direktoru Colette Stallbaumer qeyd edib ki, yeni funksiyalar hazırda yalnız 20 korporativ müştəri üçün əlçatandır və yaxın aylarda daha çox müştəri üçün əlçatan olacaq.