Belarusa nüvə silahlarının qaytarılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar intensivləşib.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciəti zamanı deyib.
O vurğulayıb ki, geosiyasi vəziyyətin gərginləşməsi Belarus rəhbərliyini Rusiya hakimiyyəti ilə nüvə silahlarının ölkəyə qaytarılması mövzusunda danışıqları intensivləşdirməyə məcbur etdi:
“Mövcud şəraiti və ölkəmizin ətrafındakı hərbi-siyasi vəziyyətə uyğun olaraq mən Rusiya Prezidenti Putinlə nüvə silahlarının Belarusa qaytarılması ilə bağlı davamlı danışıqları daha da intensivləşdirmişəm”, - Lukaşenko deyib.