Infoteka.az
Hadisə

Hindistanda beton səthin çökməsi nəticəsində 35 nəfər həyatını itirib

Hindistanın Madhya Pradesh əyalətində namaz qılarkən beton səthin çökməsi səbəbiylə 35 nəfər həyatını itirib. 14 nəfər xilas edilib 1 nəfər isə hələdə itkindir. Araşdırma nəticəsində məlum olubki şəxslərin namaz qıldığı yer quyunun üzərində olub və quyunun üzərindəki beton örtüyü ağırlığa tab gətirə bilməyib.

12 metr dərinliyində olan quyuda 75 nəfərlik xilasedici dəstə fəaliyyət göstərir. Hindistanın baş naziri Narendra Modi baş verən hadisəni dərin hüznlə yaşadığını və ölənlərin yaxınlarına 50 000 rupi (6000 ABŞ dolları) konpensasiya ödənəcəyini bildirib.

 

Novruz Əhmədzadə

Infoteka.az