Infoteka.az
Sosial

Yol hərəkəti qaydaları və təhlükəsizliyi mövzusuna dair növbəti tədbir kecirilmişdir

Bakı şəhəri Suraxanı rayonu 226 saylı tam orta məktəbdə 10-12 yaş arası şagirdlər ücün "Yol" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi tərəfindən yol hərəkəti qaydaları və təhlükəsizliyi mövzusuna dair növbəti tədbir kecirilmişdir.
Bildiyimiz kimi 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli "elan edilmişdir. Bununla əlaqədar olaraq Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bir çox tədbirlər həyata keçirilir. "Yol" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyi də bu baxımdan silsilə tədbirlər həyata keçirir.
Tədbir dövlət  himnimizin səsləndirilməsi ilə başladı. Sonra torpaqların isğaldan azad olunması uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi .
İlk olaraq məktəbin direktoru Arzu Məmmədova çıxış edərək bu cür maarifləndirici layihələrin sırf məktəblərdə keçirilməsinin zəruriliyindən danışdı və ictimai birliyin rəhbərliyinə məhz onların məktəbini seçdiyinə görə öz təşəkkürünü bildirdi.
Sonra söz məktəbin müəlliməsi İlahə Bağırovaya verildi.O da öz növbəsində uşaqların və ümumiyyətlə yol hərəkəti iştirakçılarının qaydalara əməl etməməsi probleminə toxundu və bu kimi halların ağır nəticələrə gətirib çıxarmasının  cəmiyyətin öndə gedən problemlərindən biri olduğunu vurğuladı.
Sonda "Yol" Yol Hərəkəti İştirakçılarının Maarifləndirilməsi və Təhlükəsizliyi İctimai Birliyinin təsisçisi və sədri Rüfət Axundov çıxış edərək məktəb rəhbərliyinə, Suraxanı rayonu təhsil idarəsinə təşəkkürünü bildirdi. O qeyd etdi ki ,ictimai birliyimiz Ümummilli Lider Heydər Əliyevin qızıl hərflərlə yazılmış fikirlərinin içərisində xüsusi yer alan " Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir" fikrini əsas tutaraq tədbirlərimizi "Yol Həyatdır" adı altında keçirməyi qərara aldıq. Ardınca təşkilatın fəaliyyəti haqqında qısa məlumat verdi və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirdi.
Məqsəd uşaq və gənclərin yol hərəkəti qaydalarının kiçik yaşlarından öyrədilməsi,təbliği və bu sahədə yeni biliklərə yiyələnməsi və son nəticə olaraq onların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. İctimai birliyin sədri həmçinin Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023- cü illər üçün Dövlət Programı çərçivəsində vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT -lərin də üzərinə böyük iş düsdüyünü vurğuladı.
Tədbirin sonunda təşkilat tərəfindən yol nişanlarına dair  müsabiqə keçirildi. Bu sahədə öz bilikləri ilə seçilən istirakçılar Mürsəlov Ayxan (1yer), Qəhrəmanlı Cəmilə (2 yer), Abduev Hüseyn (3 yer) diplom ilə mükafatlandırıldılar.