Infoteka.az
Sosial

İnsan ömrünün rekordu 2060-cı ilə qədər qırıla bilər

ABŞ alimləri insan ömrünün həddinə hələ də yaxınlaşmadığını iddia ediblər. Cənubi Florida Universiteti və Georgiya Universitetinin tədqiqatçılarının hesablamalarına görə, 2060-cı ilə qədər yeni uzunömürlülük rekordu qırıla bilər. 1997-ci ildə 122 yaşında dünyasını dəyişən Jeanne Calmentin rekordunu indiyə qədər heç kim qıra bilməyib. Calment bir insanın ən çox nə qədər yaşaya biləcəyi sualına meyar qoyub.

Zamanla aparılan bəzi araşdırmalar insanın 150 yaşa qədər yaşaya biləcəyini göstərsə də, hələ heç kim bu həddə yaxınlaşmayıb. Yeni araşdırmanın arxasında duran elm adamları isə maksimum ömür müddətini müəyyən etməkdənsə, yaxın gələcəkdə 122 yaşa çatma ehtimalına diqqət yetiriblər.

Mövcud gözlənilən ömür tendensiyasını təhlil edən tədqiqatçılar 1930-cu və ya 1940-cı illərdə doğulmuş birinin 2060-cı ilə qədər dünya rekordu vuracağı qənaətinə gəliblər.

Infoteka.az