Şəkərdən istifadədən imtina sağlamlıq üçün olduqca faydalı təşəbbüsdür, lakin onun qəbuluna alışmış insan üçün bu, davamlılıq sınağına çevrilə bilər. Bu vərdişlə vidalaşmaq əhvali-ruhiyyəni korlaya bilər. Çünki şəkərdən uzun müddət istifadə narkotik asılılığına bərabər özünəməxsus alışqanlığa çevrilir.
İnsan şəhərdən imtina etdikdən sonra həyəcan, diskomfort və əhvali-ruhiyyənin aşağı düşməsini hiss edə bilər. Eləcə də qidadan məmnuniyyətsizlik hissi mümkündür. Həkimlər izah edir ki, belə vəziyyətdə səbirli olmaq lazımdır, yaranan diskomfort yalnız qısa müddət – təxminən 3-4 gün davam edərək ötüb keçir.
Bu keçid dövrünü adlamaqdan ötrü inulin, oliqofruktoza, eritrit kimi şəkər əvəzləyicilərindən istifadə etmək olar.
Şəkərsiz rasionun sağlamlığa faydalı təsiri ondan imtina zamanı yaranan çətinliklərə dözməyə dəyər. Mütəxəssislər şəkərsiz həyat tərzinin müsbət təsirlərindən danışarkən yuxunun yaxşılaşması, həyəcanın azalması, arterial təzyiqin və qanda lipidlərin yüksək qatılığının aşağı düşməsi, eləcə də çəkinin azalması kimi halların adını çəkiblər.