Infoteka.az
Sosial

Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO

Sabah Ramazan ayının on birinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-nə imsak vaxtı saat 04:56-də, iftar vaxtı isə 19:20-dir. 

Aprelin 2-i üçün namaz vaxtları:

Sübh azanı 05:01
Zöhr azanı 12:44
Əsr azanı 17:14
Məğrib azanı 19:20
İşa azanı 20:22

On birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin.

Tərcüməsi: İlahi, bu gün ehsan etməyi mənə sevdir! Bu gün fisq və asilikdən məni ikrah etdir! Bu gün öz qəzəbini və cəhənnəm atəşini məndən uzaqlaşdır! Yardımına and verirəm, ey fəryad edənlərin dadına çatan!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO
Ramazan ayının 11-ci gününün imsak, iftar və namaz vaxtları - FOTO-VİDEO
Infoteka.az