Infoteka.az
Hadisə

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

Bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Mərhumun hərbi jurnalist Vladlen Tatarski olduğu bildirilib.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır. İlkin versiyaya görə, insidentə səhnə yaxınlığında quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəb olub.

Infoteka.az