Infoteka.az
Dünya

Bitkilərin insan qulağının eşidə bilməyəcəyi səslər çıxardığı aşkar edilib

Alimlər müəyyən ediblər ki, bitkilər insan qulağının eşidə bilməyəcəyi səslər çıxarır və susuzluq və ya stress zamanı bu səsləri artırırlar.

"The Cell" araşdırma jurnalında dərc edilən araşdırmaya görə, botaniklər bitkilərin "səssiz canlılar" olmadığını ortaya çıxarıblar.

İlk dəfə 6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini qeyd edən Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilach Hadany bildirib ki, qeyd etdiyi səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi olduğundan əmin deyil.

Bitkilərin vibrasiya yaratdığının daha əvvəl bilindiyini, lakin bunun havada yayılan səs dalğalarına çevrildiyinə dair heç bir dəlil olmadığını deyən Hadany özünün və komandasının səs keçirməyən akustik qutularda işlədiyini qeyd edib.

Tütün və pomidor tingləri qoyduğu qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edə bilən ultrasəs mikrofonları yerləşdirən komanda bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəzilərinə isə heç toxunmayıb.

Komanda daha sonra insan qulağına eşidilməyən 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Komanda onların patlayan qarğıdalı səsinə bənzədiyini bildirdi.

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən edib.

Infoteka.az