Sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib.
Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.
Əliyarov Emin Rafiq oğlu – 1970-ci ildə Bakı şəhərində anadan olub. Əvvəllər dəfələrlə İİR-ə səfər edib. Məlum cinayətin törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.