Infoteka.az
Dünya

66 yaşlı nişanlısına 4 milyonluq üzük aldı

Avstraliya əsilli ABŞ-li media patronu, 92 yaşlı Rupert Myordok yeni xəbərlə gündəmə gəlib. 

O, 66 yaşlı Ann Lesli Smitə 2 milyon funt-sterlinq (təxminən 4 milyon 175 min AZN) dəyərində üzük hədiyyə edib. 

Myordokun 11 karatlıq brilyantı bağışladığı Lesli onun beşinci nişanlısıdır. 

Qızıl mütəxəssisi Karol Vulton zinət əşyasının nadir üzüklərdən biri olduğunu deyib. "Rolex" markasına aid qızıl qol saatı taxan Smit bu üzüyü çox bəyəndiyini bildirib.

Dördüncü həyat yoldaşı Cerri Holldan ayrıldıqdan sonra beşinci dəfə evlənməyə hazırlaşan Rupertin ən böyük oğlu 66 yaşındadır. 

Infoteka.az