Infoteka.az
Mədəniyyət

Puqaçovanın nəvəsi səfərbərliyə cəlb olunub?

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikovun qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırıldığı iddia olunub.

İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Пятый канал" məlumat yayıb. Bildirilib ki, 31 yaşlı aktyor teatrda məşqdə olduğu zaman hərbi xidmətə aparılıb.

Lakin məlumat başqa mənbələrdən təsdiqlənməyib. Bundan başqa, teatrın "Звезда" telekanalına səfərbərliklə bağlı yayılan məlumatları təkzib etdiyi bildirilib. Açıqlamada Nikitanın qonaq aktyor olduğu, yalnız tamaşa günü məşqlərdə iştirak etdiyi deyilib. Əlavə edilib ki, o, sonuncu dəfə sentyabrın 21-də tamaşada rol alıb.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyini bildirib. Onun İsrail vətəndaşlığı aldığı iddia olunur.

Infoteka.az