“Rusiya Federasiyasına qarşı sanksiyalar uzun müddət qalacaq”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Dövlət Şurasının Rəyasət Heyətinin sanksiyalar altında olan ölkənin və sənayenin inkişafı ilə bağlı iclasında çıxış edən Putin Rusiya iqtisadiyyatının yeni artım dövrünün qeydə alındığını söyləyib.
Onun sözlərinə görə, Rusiya sanksiyalara görə, Qərblə əlaqələri kəsdikdən sonra dayanıqlılığı təmin edə bilib.
Putin bu il Rusiya Federasiyasında real əmək haqqının 3-5% artmalı olduğunu qeyd edib. Bildirib ki, sənayedə güzəştlərin verilməsində korrupsiya sxemlərindən qurtulmaq lazımdır.