Lionel Messi PSJ-də qalmayacaq.
Argentinalı futbolçu qərarını qətiləşdirib və başa çatan müqavilənin müddətini artırmayacaq. Paris klubu ona daha aşağı maliyyə şərtləri ilə yeni sözləşmə təklif edib. Lakin ulduz futbolçu bunu qəbul etməyib. Digər tərəfdən, azarkeşlərin onu fitə basması Messinin xoşuna gəlməyib.
Leonun “Barselona”ya qayıdacağı gözlənilir. Kataloniya klubu artıq bu həftə ərzində Messi ilə rəsmi olaraq danışıqlara başlayacaq. “Barsa” onunla 1+1 illik müqavilə imzalamaq niyyətindədir.