Infoteka.az
Hadisə

Halı pisləşən erməniləri Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq - Azərbaycanlı həkim

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər.

Bunu Qarabağ ermənilərinə tibbi yardım göstərmiş azərbaycanlı həkim Vilad Əliyev deyib.

V.Əliyev bildirib ki, dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşıblar. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi.

"Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq. Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq", - deyə o, əlavə edib.

Qeyd edək ki, ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib. RSK hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər.

Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.

Infoteka.az