Şahzadə Harri, müğənni Elton Con, aktrisalar Elizabet Hörli və Sadi Frost Britaniyanın "Daily Mail" nəşrini məhkəməyə verib.
İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi ulduzların maraqlarını təmsil edən "Hamlins" hüquq şirkətinə istinadən məlumat yayıb.
İddiaya səbəb nəşrin məşhurların telefon danışıqlarını dinləməsi, həmçinin şəxsi həyatın toxunulmazlığını pozan digər hərəkətlər, o cümlədən onların avtomobillərinə və evlərinə izləmə cihazları yerləşdirməsi olub. Belə ki, məşhurların nəşrin məxfiliyi kobud şəkildə pozulmasının qurbanı olduqlarına dair tutarlı sübutları var.
Nəşrin sahibi “Associated Newspapers” nəşriyyatı öz növbəsində "Daily Mail"ə qarşı ittihamları rədd edib və bildirilib ki, bu cür böhtan xarakterli bəyanatların heç bir əsası yoxdur.
Qeyd edək ki, bu, Harrinin bu nəşrə qarşı qaldırdığı ilk məhkəmə iddiası deyil. O, bu ilin fevralında da nəşri böhtana görə məhkəməyə verib və qalib gəlib. Bundan əvvəl onun həyat yoldaşı Meqan Markl da nəşrə qarşı məhkəmədə udmuşdu.