“Rusiyanın Ukraynaya qarşı müharibəsində Belarus platforma rolu oynayıb”.
Bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O bildirib ki, Belarus müharibədə Rusiyanın platforması olmağa davam edir.
“Rusiya Belarus ərazisindən Ukraynaya zərbələr endirib. Belarus Rusiyanın bu müharibəsində iştirak etməməlidir. Bizim Belarusa mesajımız bundan ibarətdir.
Biz Ukraynaya təcavüzkara qarşı müharibəsində və özünü müdafiə etməsində dəstək verməyə davam edəcəyik”, - Stoltenberq vurğulayıb.