“Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş və ya uçuş üçün istifadə ediləcək təyyarələrin istifadəsinə bağlanıb”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç açıqlama verib.
“Türkiyənin hava məkanı aprelin 3-dən etibarən İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş/uçuş üçün istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb. Bu qərar PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətinin güclənməsi, terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuş təhlükəsizliyi ilə bağlı təhdidlərin yaranması çərçivəsində verilib. Qərarın ilkin mərhələdə 3 iyul 2023-cü ilə qədər qüvvədə olması gözlənilir. Qeyd olunan tarixə qədər hadisələr yaxından izləniləcək və bundan sonra qərar yenidən nəzərdən keçiriləcək”, - deyə Tanju Bilgiç bildirib.