Infoteka.az
Dünya

Dənizaltındakı naqillər dəniz ekosisteminə necə təsir göstərir?

Dənizaltındakı naqillər, geniş okeanlar və dənizlər boyunca elektrik və məlumat daşıyır, ancaq bunların həssas dəniz canlılarına təsiri daha yeni öyrənilməyə başlayıb.

Onminlərcə kilometr uzunluğundakı dərin dənizləri keçərək qitələr arasında məlumat dıaşıyır və açıq dəniz enerji platformalarından sahillərə yenilənəbilən enerji daşıyır. Bu ilan kimi qıvrılan süni qurğular, dənizin dibində yaşayan çok çeşidli dəniz ekosisteminə ev sahibliyi edə bilər.

Mərcanlar, dəniz ulduzları, dəniz soxulcanları, xərçənglər və dəniz canlılarının dənizin dibində yaşadığı məlum olub. Beləliklə dəniz altı naqilləri həm elektron məlumatların daşıyıcısı kimi həmdə dəniz canlılarına ev sahibliyi kimi faydalı hesab oluna bilər.

Bu yeraltı naqillər 400 000 km dən çox uzunluğa malikdirlər.
 

Novruz Əhmədzadə

Infoteka.az