“DreamWorks Animation” şirkəti “Şrek” (“Shrek”) cizgi filmi franşizasının beşinci hissəsi üzərində işə başlayıb.
Bu barədə filmin prodüseri və “Illumination” animasiya studiyasının rəhbəri Kristofer Meledandri xəbər verib.
Meledandri hazırda cizgi filmləri üzərində işlərin çox erkən mərhələdə olduğunu əsas gətirərək süjetin təfərrüatını açıqlamayıb. Hazırda studiya səs aktyorları ilə danışıqlar aparır. Cizgi filminin yaradıcıları ümid edirlər ki, Mayk Mayers, Kameron Diaz və Eddi Merfi öz personajlarını yenidən səsləndirməyə razılıq verəcəklər.
Studiyanın rəhbəri, həmçinin eyham edib ki, tezliklə başqa bir spin-off görünə bilər, məsələn, “Çəkməli pişik” haqqında cizgi filmi kimi, məsələn, ulaq belə bir cizgi filminin baş qəhrəmanına çevrilə bilər.
Xatırladaq ki, div Şrek haqqında ilk tammetrajlı cizgi filmi 2001-ci ildə işıq üzü görüb. Film uşaq yazıçısı Uilyam Steyqin 1990-cı ildə nəşr olunmuş eyniadlı nağılı əsasında çəkilib. Bundan sonra daha üç tammetrajlı serial buraxılıb.