Bu ilin sentyabr ayında "Bakı Metropoliteni" QSC 18 milyon 336 min 117 sərnişin daşıyıb.
Bu barədə report-un sorğusuna cavab olaraq qurumdan bildirilib.
"Hər gün orta hesabla 611 min 204 nəfər metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması, fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən metrodan istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən, müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metro orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49 %-ni təşkil edib", - deyə məlumatda qeyd olunub.