Infoteka.az
Dünya

ABŞ ilk dəfə olaraq Gürcüstana qarşı sanksiyalar tətbiq edib

Dörd nüfuzlu gürcü hakimi hökumətin xeyrinə siyasiləşdirilmiş qərarlar şəklində “əhəmiyyətli korrupsiyada iştirak etdiyi üçün” onların ABŞ-yə girişi qadağan edilib.

Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengelia və Valerian Tsertsvadze, eləcə də onların ailə üzvləri (həyat yoldaşları və uşaqları) ABŞ vizası ala bilməyəcəklər. Üstəlik, qərar daimidir.

ABŞ-nin sanksiyaları Gürcüstanda qalmaqala səbəb olub. ABŞ-Gürcüstan münasibətləri tarixində ilk dəfədir ki, Vaşinqton Tbilisiyə qarşı sanksiyalar tətbiq edir.

Infoteka.az