Bayden Rusiyaya qarşı bəzi sanksiyaları bir il müddətinə uzadıb.
Bu barədə Ağ Evin yaydığı sənəddə qeyd olunub.
Bildirilib ki, Rusiya Federasiyası ABŞ-a qarşı zərərli fəaliyyətlə məşğul olur.
Həmçinin qeyd olunub ki, Moskva ABŞ-ın, onun müttəfiqlərinin və tərəfdaşlarının azad və ədalətli demokratik seçkilər keçirməsinə mane olur.
Bununla yanaşı sənəddə, Rusiyanın dövlətlərin ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini pozduğu qeyd olunub.