Moskva və Kiyev arasında hazırda atəşkəs üzrə danışıqlar mümükün deyil.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O qeyd edib ki, Rusiya konstruktiv danışıqlara hazır olduğu məqama çatmalıdır.
Bu cür təmasların məqsədi ədalətli və davamlı sülh olmalıdır.
Blinken atəşkəs ideyasının bəziləri üçün cazibədar ola biləcəyini qeyd etdi.
"Rusiyanın Ukraynanın böyük ərazisini ələ keçirməsinə bərabərdirsə, bu, ədalətli və davamlı sülh olmayacaq", - dövlət katibi əlavə edib.
Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar yalnız Rusiyanın maraqları nəzərə alınmaqla aparıla bilər.