Infoteka.az
Mədəniyyət

Onlara da sanksiya tətbiq edildi

Avropa İttifaqı Rusiyaya qarşı daha bir, səkkizinci sanksiyalar paketini təqdim edib.

İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, yeni məhdudiyyətlər 30 fiziki və 7 hüquqi şəxsə şamil edilib. Bu sanksiyalar ruslara Avropada kripto pul kisələri açmağı və Rusiya şirkətlərinə İT, mühəndislik və hüquqi xidmətlər göstərməyi qadağan edir.

Yeni sanksiya siyahısına Rusiyanın tanınmış sənətçiləri - müğənnilər Yuliya Çiçerina və Nikolay Rastorquev və Oleq Qazmanovın da adları daxil edilib.

Bununla da Aİ ümumilikdə Rusiyada 1236 şəxsə və 115 quruma qarşı sanksiya tətbiq edib.

Infoteka.az