Infoteka.az
Dünya

Tokioda “100 Discoveries” foto sərgisi keçirilir

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Yaponiyanın paytaxtı Tokioda “100 Discoveries” mövzusunda foto sərgisi açılıb.

Şibuya Bələdiyyəsinin Ovada Mədəniyyət Mərkəzində keçirilən sərginin açılışında Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, Şibuya bələdiyyəsinin sədri Hasebe Ken, rəsmi şəxslər, jurnalistlər və qonaqlar iştirak ediblər.

Səfir Korkut Güngen foto sərgisinin təşkilində göstərdiyi dəstəyə görə Şibuya Bələdiyyəsinə təşəkkür edib.

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə açılan sərginin türk-yapon dostluğunun inkişafına töhfə verəcəyini deyən Korkut Güngen  sərgini bu ilin müxtəlif vaxtlarında Yaponiyanın 5 fərqli şəhərində təşkil edəcəklərini bildirib.

Korkut Güngen daha sonra Türkiyənin tarixi, dini, turizm və mədəni irsini əks etdirən fotolar haqqında qonaqlara məlumat verib.

İctimaiyyətə açıq olan sərginin aprelin 11-dək davam edəcəyi bildirilir.

Infoteka.az