Infoteka.az
Sağlamlıq

“Əczaçılar Klubu”: "Əczaçılıq sahəsində vəziyyət qənaətbəxş deyil"

"Azərbaycanda əczaçılıq sahəsində vəziyyət qənaətbəxş deyil".

İnfoteka.az xəbər verir ki, bunu Beynəlxalq Əczaçı Günü münasibətilə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən Respublika Əczaçılarının III konfransında “Əczaçılar Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Şövqi Bünyatov bildirib.

"Əczaçılıq sahəsində qeyri-ixtisas peşə sahələrinin işləməsi, qeyri-müəyyən iş saatlarının olması kimi problemlər mövcuddur. Bundan başqa, idxaldan asılı olmaq təhlükəlisi var. Koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən Müharibəsi bizə bu sahədə olan problemləri göstərdi. Gündəlik istifadə üçün dərmanlar tapılmadı. Biz beynəlxalq təcrübəni öyrənməli və özümüzə uyğun tətbiq etməliyik”, - deyə o əlavə edib.

Infoteka.az