Bu gecə ilk Qədr (Əhya) gecəsidir.
Bunu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, ilk Qədr gecəsi aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir: "İlk Qədr gecəsi Ramazanın 18-ci günündə olur. Bundan əlavə, Ramazanın 20 (11 aprel), 22 (13 aprel) və 26-cı günləri (17 aprel) də Qədr gecələri olacaq”.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.