Avstriyanın “Swarovski” zərgərlik şirkətinin baş direktoru Aleksis Nazard bildirib ki, brend Rusiyadan tamamilə çıxmağı planlaşdırır.
Nazard bunu Rusiyanın “Trend” jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, şirkətin bazardan çıxarılması bütün qanunlara uyğun həyata keçiriləcək. Bununla yanaşı, Nazard şirkətin Rusiya bazarında işini nə vaxt bitirəcəyini dəqiqləşdirməyib.