Infoteka.az
Dünya

Gürcüstanda parlament binası qarşısındakı aksiya başa çatıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat (VMH) partiyasının Tbilisidə, parlament binası qarşısında təşkil etdiyi aksiya başa çatıb.

Aksiyaya digər müxalifət partiyalarının liderləri, eləcə də sabiq prezident Giorgi Marqvelaşvili də dəstək verib.

VMH sədri Levan Xabeişvili mitinqdə 4 tələb irəli sürüb: 6-7 mart tarixlərində aksiya zamanı polisə "molotov kokteyli" atdığı üçün həbs edilmiş Lazare Griqoriadisin azadlığa buraxılması, ABŞ-ın sanksiya tətbiq etdiyi hakimlərin dərhal vəzifəsindən azad edilməsi, sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması və de-oliqarxizasiya, ədliyyə və Mərkəzi Seçki Komissiyası islahatlarının aparılması.

Aksiya insidentsiz başa çatıb, Rustavi prospektində avtomobillərin hərəkəti bərpa edilib.

Infoteka.az