Bolqarıstan parlamenti 12 apreldə işə başlayacaq.
Bu barədə məlumat Bolqarıstan Prezident Administrasiyasının mətbuat xidməti tərəfindən yayılıb.
Mətbuat xidmətindən bildirilib ki, ölkə Prezidenti Rumen Radev parlamentə seçilmiş deputatları 12 apreldə 49-cu Xalq Məclisinin (parlament) ilk işçi sessiyasına çağıracağını bu gün elan edib.
Xatırladaq ki, aprelin 2-də Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilib və “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası” seçicilərin 26,49 faizinin səsini toplayaraq, parlamentdə 240 deputat mandatından 69-nu əldə edib.