Fransanın Marsel şəhərində dörd mərtəbəli bir yaşayış binasında partlayış nəticəsində bina çökdündən sonra 2 nəfər şəxsin meyidi aşkar olunub.
Aidiyyəti qurumlar 6 şəxsin itkin düşdüyünü və xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər. Eyni zamanda partlayış nəticəsində qonşu binalarda yaşayan 5 şəxs xəsarət alıb və 200 nəfər evlərindən təxliyyə edilib.
Partlayış bazar günü gecə saatlarında baş verib. Partlayışın səbəbi hələ tam məlum deyil lakin mütəxəssislər dəm qazından ola bildiyini düşünürlər.
Novruz Əhmədzadə