- ABŞ dövlət katibi Entoni Blinken Yaponiyada keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə Ukraynadakı müharibə, nüvə silahsızlaşdırılması, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı mövzuları müzakirə etmək niyyətindədir.
Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Blinkenin aprelin 14-18-də Vyetnam və Yaponiyaya səfərinə həsr olunmuş xüsusi brifinqdə deyib.
Aprelin 16-18-də Yaponiyanın Naqano prefekturasının Karuizava şəhərində G7 ölkələrinin diplomatiya rəhbərlərinin görüşü keçiriləcək.