Infoteka.az
Siyasət

Milli Məclisin iki üzvü ordenlə təltif edildi

Milli Məclisin deputatları Aqil Abbas və Novruzəli Aslanov ordenlə təltif olunublar.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilirlər.

Infoteka.az